Ayətullah Xamenei: Şəhid Haniyənin qisasını almaq bizim borcumuzdur!

Ayətullah Xamenei: Şəhid Haniyənin qisasını almaq bizim borcumuzdur!

Ayətullah Xamenei: Şəhid Haniyənin qisasını almaq bizim borcumuzdur

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Həmas lideri İsmayıl Haniyənin şəhadətindən sonra dərc etdiyi mesajda İslam ümmətinə, Fələstin xalqına və müqavimət cəbhəsinə başsağlığı verib və deyib:

Qatil və terrorçu sionist rejim. bu hərəkəti ilə ona veriləcək ağır cəzaya zəmin hazırladı. İran İslam Respublikası ərazisində şəhid olan İsmayıl Haniyənin intiqamını almağı öz vəzifəmiz kimi görürük”.

Ayətullah Xameneinin mesajının tam mətni belədir:

Mərhəmətli və Rəhmli Allahın adı ilə

“Hamımız Allahdan gəlmişik və Ona da qayıdacağıq”

Hörmətli İran xalqı!

Fələstinin görkəmli igid və mücahid lideri cənab İsmayıl Haniyə dünən axşam sübh çağında böyük müqavimət cəbhəsini matəm içində tərk edərək vəfat etdi. Qatil və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhadətə çatdırmaqla bizi matəm içində buraxdı, eyni zamanda, özü üçün ağır cəzaya zəmin hazırladı.

Şəhid Haniyə əziz ömrünü uzun illər şərəfli mübarizə meydanında keçirmiş və şəhidliyə hazır olmuş, övladlarını, ailəsini də bu yolda fəda etmişdir. O, Allah yolunda şəhid olmaqdan qorxmadı və Allah bəndələrini xilas etməkdən çəkinmədi, lakin İran İslam Respublikası ərazisində baş verən bu ağrılı və ağır hadisədə onun qisasını almağı özümüzə borc bilirik.

İslam ümmətinə, müqavimət cəbhəsinə, cəsur və şərəfli Fələstin xalqına, xüsusilə də şəhid Haniyə və onunla birlikdə şəhid olmuş dostunun ailəsinə və sağ qalanlara başsağlığı verir, Uca Allahdan onların rəhmətini diləyirəm."

Seyid Əli Xamenei

31/07/2024-25 Məhərrəm

Xəbəri paylaş

VİDEOLAR