Ayətullah Xamenei: Seçkilər İranın abırı, izzəti və başucalığının mənbəyi olacaq

Ayətullah Xamenei: Seçkilər İranın abırı, izzəti və başucalığının mənbəyi olacaq

İslam İnqiabının Böyük Rəhbəri Ayətullah Xamenei bu gün səhər İran İslam Şurası Məclisinin sədri və üzvləri ilə video formatda keçirilən görüşdə çıxış ediblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xamenei  həzrət seçkilərlə bağlı son məsələlər barədə olan bu mühüm çıxışda namizədlərin seçki proqramlarında xalqın məişət və iqtisadi problemləri haqda dəqiq və real həll yollarının bəyan edilməsini seçkilərdə iştirak stimulunun artmasında əsas amil adlandırıb.

İslam İnqiabının Rəhbəri seçki rəqabətləri ilə bağlı zəruri və qeyri-zəruri məsələləri bəyan edərək vurğulayıb ki, seçkilərin təsiri illər boyu xalqın və ölkənin həyatına kölkə salacaq; ümid edirəm ki, 18 iyun seçkiləri düşmənlərin istədiklərinin əksinə olaraq, İranın abırı, izzəti və başucalığının mənbəyi olacaq.

Ayətullah Xamenei on birinci parlamentin fəaliyyətinin ikinci ilinin başlanğıcında həyata keçən bu görüşdə həmçinin xalqın İran İslam Şurası Məclisindəki nümayəndələrinə «faydalı və xəlqi olmaq», «intensiv səy», habelə «inqilabçı və aqilanə hərəkət» kimi özəlliklərin davam etməsi üçün tövsiyələr verərək bildirib ki, bütün məclislər, böyük İmamın buyurduqları kimi, özlərini xalqın çoxsaylı və parlaq fəzilətlərinin nəticəsi qərar verməlidirlər.

Ayətullah Xamenei qeyd edib ki, bəzi şəxslərin səlahiyyət qazana bilməmələri, onların səlahiyyətsiz olmaları demək deyildir. Əslində bu, o deməkdir ki, Nigəhban Şurası öz məlumatları və imkanlarına görə, həmin şəxslərin səlahiyyətlərini müəyyən edə bilməyib, yoxsa həmin şəxslər daha yüksək səlahiyyətə də malik olmuş ola bilərlər.

Ayətullah Xamenei düşmənlərin inqilabın qələbəsinin əvvəlindən, xüsusən Əsas Qanunun dəyişdirilməsindən və dövlətin idarəsi üzrə icra vəzifələrinin prezidenti həvalə olunmasından sonra seçkilərə qarşı olduqlarına işarə edərək "Bu 42 ildə düşmənlərin təbliğat üzrə iş gündəmi belə olubdur ki, seçkilərdən öncə deyirlər ki, xalq seçkilərdə iştirak etməyəcək. Xalqın seçkilərdə iştirak etməsindən sonra isə deyirlər ki, seçkilər mühəndisləşdirilmişdi; prezident seçilən şəxs barədə də deyirlər ki, onun ixtiyarı yoxdur.", -deyə əlavə edib.

İnqilab rəhbərinin bildirdiyinə görə,  bütün bu təbliğatlara və düşmənçiliklərə rəğmən, hamının vəzifəsi budur ki, Allah-Taalanın razılığı və şəri borc olan məsələni izləyək və vəzifəmizi yerinə yetirək.

Xəbəri paylaş

VİDEOLAR