Ayətullah Xamenei: Qəzzada baş verənlər tolerantlığa yer qoymadı

Ayətullah Xamenei: Qəzzada baş verənlər tolerantlığa yer qoymadı

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei zəvvarlara göndərdiyi mesajda sionist rejim və onun havadarlarından, xüsusilə də ABŞ-dan bəraət edilməsinin vacibliyini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei hər il olduğu kimi bu il də həcc fərzlərini yerinə yetirən zəvvarlara mesaj göndərib.

Ayətullah Xamenei zəvvarlara ünvanladığı mesajda Qəzzada baş verən hadisələrə toxunaraq deyib:

"Builki bəraət mərasimi Həcc mövsümündən sonra da, dünyanın müxtəlif ölkələrində müsəlmanların yaşadığı ölkə və şəhərlərdə davam etdirilməlidir".

Ayətullah Xamenei mesajında sionist rejimin Qəzzada törətdiyi vəhşi cinayətlərə diqqət çəkərək bildirib:

“Bu il bəraət məsələsi keçmişdən daha önəmlidir. Çünki Qəzzada baş verən faciələr heç bir fərd, partiya, hökumət və ya məzhəb üçün tolerantlığa yer qoymadı. Bu bəraət xalqların və hökumətlərin sözlərində və əməllərində özünü göstərməli, cəlladları və onların ardıcıllarını pis günə qoymalıdır.".

Fələstinin və Qəzzə səbirli və məzlum xalqının müqavimətini yüksək qiymətləndirən Ayətullah Xamenei bu müqavimətin hərtərəfli dəstəklənməli olduğunu vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR