“Söz azadlığı ilə bağlı iddialarına baxmayaraq media sahəsində də diktatorluq edirlər. Şəhid Qasim Süleymaninin adı və fotolarının virtualda çıxmasına imkan vermirlər. Qərb siyasətilə müxalif olan hər söz və görüntünün yayımlanmasına qadağa qoyur, eyni zamanda İslama və İslam Respublikasına qarşı təxribatda ondan maksimum dərəcədə yararlanır”.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkə ordusunun Hava Qüvvələri zabitlərini qəbul edərkən deyib.
Ayətullah Xamenei İran rəsmilərini təkcə hərbi, siyasi və iqtisadi deyil, müqaviməti bütün sahələrdə paralel olaraq aparmağa çağırıb.
İran İslam İnqilabının Ali lideri bildirib ki, Qərb düşmənçiliyini və təzyiqlərini hərbi, siyasi, iqtisadi, media, mədəni, ictimai və sair sferalar üzrə mütəşəkkil və bir-birinə bağlı formada aparır.
Ayətullah Seyid Əli Xamenei Qərb mediasının söz azadlığı ilə bağlı iddialarına baxmayaraq, şəhid Qasim Süleymaninin fotoları və adının belə yayımlanmasına imkan vermədiklərini vurğulayıb və Qərbin media sahəsində də diktatorluq siyasəti yürütdüyünü bildirib.