Ayətullah Xamenei prezidentliyə namizədlərin ilk debatına reaksiya verdi

Ayətullah Xamenei prezidentliyə namizədlərin ilk debatına reaksiya verdi

İslam İnqilabının Rəhbərinin instagram səhifəsi yaydığı bir mətləbdə seçki debatlarında təhqir kimi məsələlərdən çəkinmək barədə ciddi xəbərdarlıq edilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İran prezident seçkilərinə namizədlərin ilk debatına reaksiyada İslam İnqilabının Rəhbərinin instaqram səhifəsi Ayətullah Xameneinin sözlərinə istinadla bir postda yazıb:" Namizədlər televiziya debatlarında qarşı tərəfi xarab edib, ona hörmətsizlik edərkən və təhqir edib, töhmət vurarkən ölkə müəyyən tərzdə zərər çəkib".

Qeyd edək ki, İran prezident seçkilərinə yeddi namizədin ilk seçki debatı dünən keçirilib.

İranda 13-cü prezident seçkiləri bu il iyunun 18-də keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR