Ayətullah Xamenei Əllamə Həsənzadə Amulinin vəfatı münasibətilə başsağlığı verdi

Ayətullah Xamenei Əllamə Həsənzadə Amulinin vəfatı münasibətilə başsağlığı verdi

İslam İnqilabının Lideri Ayətullah Xamenei Əllamə Həsənzadə Amulinin vəfatı münasibətilə başsağlığı verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-rəhmanir-rəhim.

Təəssüflə, tövhidi arif, din alimi Ayətullah Həsənzadə-Amuli- rəhmətullah ələyhin vəfatı xəbərini aldım.

Bu çox bilikli, alim ruhani, hər bir dövrdə az sayda nümunələrinin/ dostların gözləri və ürəklərini oxşayan və ümumiyyətlə onların biliyi, mərifəti, ağlı və qəlbini bəhrələndirən nadir və dəyərli simalardan olubdur.

Bu böyük şəxsiyyətin yazıları inşaallah, maarif və incə kəlam sevərlər üçün, feyzlə dolu bir bir mənbə olub və olacaqdır.

Mən o böyük şəxsiyyətin bütün tərəfdarları, şagirdləri və dostlarına, xüsusən mömin və inqilabçı Amul əhalisinə və o mərhumun yüksək insani yaradıcılığı və inqilabçı mövqeyinə cəzb olan və böyük maraq göstərən gənclərə başsağlığı deyir və Allah-Taaladan o şəxsiyyət üçün yüksək dərəcələr, rəhmət və bağışlanma diləyirəm.

Seyyid Əli Xamenei"

Xəbəri paylaş

VİDEOLAR