İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei sionist rejimin İranın Dəməşqdəki konsulluq binasına hücumu ilə bağlı yazılı açıqlama yayıb.
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei açıqlamasında bildirib:
"Bismillahir-Rəhmanir-Rəhim
İslam aşiqi general-mayor Məhəmməd Rza Zahedi və onun silahdaşı Məhəmməd Hadi Həcc Rehimi qəsbkar və mənfur sionist rejimin qətli nəticəsində şəhid olublar. Allah bu müqəddəs şəhidlərə rəhmət eləsin. Lənət olsun qəddar və aqressiv rejimin rəhbərlərinə.
Şəhidlərimiz Allah dərgahında uzunmüddətli mübarizələrinin qəbulu nişanını alıblar. İndi müqəddəslərin yanında Allahın nemətlərindən danışırlar.
General-mayor Reza Zahedi illərdir döyüş meydanlarında şəhid olmağı gözləyirdi. Onlar heç nə itirmədilər və (şəhadətlə) mükafatlandırıldılar, lakin onları itirməyin acısı İran milləti üçün, xüsusən də onları tanıyanlar üçün ağırdır.
Sionist rejim bizim qəhrəmanlarımızın əli ilə cəzalandırılacaq. Allahın izni ilə onları belə qətllərə peşman edəcəyik.".