Ayətullah Xamenei: İsrail səhv etdi və səhvinin cəzasını çəkəcək!

Ayətullah Xamenei: İsrail səhv etdi və səhvinin cəzasını çəkəcək!

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyəsində bayram namazını qılıb.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei bayram xütbəsində Ramazan ayının fəzilətlərinə toxunaraq dedi:

“İlahi rəhmət bir ay ərzində İslam ümmətinin üzərinə yağdı".

Ramazan ayında ölkədə keçirilən Quran oxuma fəaliyyətini müsbət qiymətləndirən Ayətullah Xamenei:

"Ümid edirik ki, ölkədə dini dəyərlər və mənəvi atmosfer həmişə qorunub saxlanılacaq".

Ayətullah Xameni Qəzzadakı vəziyyətlə bağlı dedi:

''Bu ilin Ramazan ayında Qəzzada baş verən qanlı hadisələr bütün müsəlmanları kədərləndirdi; Allahın lənəti olsun sionist rejimə.

Qərb hökumətləri uzun illər qəsbkar rejimi dəstəkləmiş və beynəlxalq dairələrdə ona hər cür köməklik göstərmişlər. Təbii ki, bəziləri şifahi olaraq Qəzzada xalqı dəstəkləmək üçün nəsə dedilər, amma əməldə nəinki (hücumların qarşısını aldılar), çoxları da kömək etdi. Xüsusən də ABŞ və İngiltərənin təkəbbürlü və qəddar hökumətləri. Qərb dövlətləri builki hadisələrdə Qərb sivilizasiyasının pis mahiyyətini açıq şəkildə nümayiş etdirdilər.

Sionist İsrail altı ayda ən azı 30 min müdafiəsiz insanı qətlə yetirdi. İnsan haqları ilə bağlı qəribə mahnıları ilə dünyanı kar edənlər hanı? Onlar (Fələstinlilər) insan deyillərmi və onların hüquqları yoxdur?".

İranın Dəməşqdəki səfirliyi şəhərciyində konsulluq binasına edilən hücumla bağlı Ayətullah Xamenei deyib:

“Konsulluqlar, səfirliklər və binalar təmsil etdikləri ölkənin ərazisi hesab olunur. Şər rejim səhv edib, cəzasını çəkməlidir və çəkəcək”.

Xəbəri paylaş

VİDEOLAR