İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehrana səfər edən Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nahale və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nahale və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Ayətullah Xamenei görüşdə Qəzzadaki vəziyyətə toxunaraq, bu günə qədər sahənin əsl qaliblərinin müqavimət qüvvələri və Qəzza xalqı olduğunu bəyan edərək deyib:
“Qəzza və Qəzza xalqının göstərdiyi böyük müqavimət və ləyaqətdir. Fələstin, eləcə də sionist rejimin altı aylıq müharibədəki uğursuzluqları ilahi hadisədir”.
İran İslam İnqilabının Rəhbəri sionist İsrailin Qəzzada törətdiyi mülki qətliamlarla bağlı deyib:
"Dünyanın qəddar qüvvələri tərəfindən dəstəklənən sionist rejim bütün hərbi gücü ilə qadın və uşaqları qətlə yetirir. Bu, rejimin müqavimət qüvvələri ilə mübarizə aparmağa və onları məğlub etməyə gücü çatmadığını göstərdi.".
Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibinə müraciət edərək deyib:
“Allahın izni ilə Qəzza xalqının son qələbəsini görəcəksiniz”.
Qeyd edək ki, Tehrana səfəri çərçivəsində Ziyad ən-Nahale İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə də görüşüb.