İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak edən qari və hafizləri qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu gün Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən 40-cı Beynəlxalq Quran müsabiqəsində iştirak edən Quran alimləri və hafizləri ilə görüşüb.
Ayətullah Xamenei bu görüşdə Qəzzada baş verən hadisələrə işarə edərək dedi:
"Bu gün Qəzza İslam dünyasının əsas məsələsidir. İslam ölkələrinin rəhbərləri nə üçün açıq şəkildə qatil sionist rejimlə əlaqələri kəsmir və bu rejimə yardımdan əl çəkmirlər?".
Ayətullah Xamenei deyib:
"İslam dünyası Qəzza üçün yas saxlayır. Dünyanın azad qeyri-müsəlman xalqı da Qəzzanın məzlum xalqına yas tutur. İslam dünyası sionizmin - xərçəng şişinin məhvinə şahid olacaq".
Fevralın 15-də Tehranda dünyanın 44 ölkəsindən 99 qarinin iştirakı ilə 40-cı Beynəlxalq Qurani-Kərim yarışı başlayıb. Bu yarışma dünən başa çatıb.