Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş birinci matəm gecəsi keçirilib.
Rasthaber Azərbaycan Leader.ir-ə istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə həsr edilmiş birinci matəm gecəsi keçirilib.
Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi yəqin məqamı, tərəddüd və sapmadan uzaq olmağın əhəmiyyətinə işarə edərək Həzrət Zəhranın (s.ə) müqəddəs varlığının iman və yəqinlə dolu olduğunu deyib:“Quranın şərafətli ayələrinə əsasən, Haqq yolda yəqin məqamına, sabitlik və qətiyyətə nail olmağın şərti Allaha bəndəlik, hegemonluq və ağalıq etmək istəyindən çəkinməkdir”.
Əbülqasimin Qurandan oxuduğu ayələrin tilavəti ilə başlayan bu mərasimdə cənab Səmavati də zikri-müsibət və təvəssül duası oxuyub.