İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bir müraciərdə, general General Seyyid Məhəmməd Hicazının vəfatı münsibəti ilə başsağlığı verib
Rasthaber xəbər verir ki, İslam İnqilabının aliməqamlı Rəhbəri həmin müraciətdə qeyd edib:
"Böyük bir kədər ilə şərəfli sərdar, General Seyyid Məhəmməd Hicazının vəfat xəbərini aldım. Bir ömür cihad, aktiv düşüncə, iman dolu könül, sayıqllıq və qəti qərarlı olmaq, İslam və inqilaba xidmət etmək, Allah yolunda cihad edən bu böyük mücahidin şəxsiyyətinin xülasəsidir.
General Hicazı İslam İnqilabı keşikçilər korpusunda çox əhəmiyyətli və təsirli mövqelərdə xidmət etdi və hamısında müvəffəq də oldu. Şübhəsiz indi aramızda olmaması kədərli bir vəziyyətdir. Şəhidin möhtərəm həyat yoldaşı və övladları, yaxınları, dostları və silahdaşlarına başsağlığı verməyi özümə bir vəzifə bilir və hamısına Allah təaladan səbir və mərhum qardaşım üçün ilahi rəhmət, məğfirət və cənnət diləyirəm."