O bu barədə bəyanat verib
Rasthaber Azərbaycan xəbər verir ki, Ayətullah Xamenei bəyanat verərək Fransa jurnallarından birinin Böyük Peyğəmbərə (s) qarşı son təhqirini qınayıb. O, sionistlər və imperialist dövlətlərin anti-İslam siyasətlərinə, habelə xalqların diqqətini onların Qərbi-Asiya ilə bağlı mənfur planlarından yayındırmaq üçün qarşıya qoyduqları məqsədlərə işarə edərək vurğulayıb: “Müsəlman xalqlar ayıqlıqlarını qorumaqla yanaşı Qərbin siyasətçiləri və söz sahiblərinin İslam və müsəlmanlara qarşı düşmənçiliklərini də unutmasınlar”.
İslam İnqilabının Rəhbərinin bəyanatının tam mətni:
"Allahın adı ilə
Fransa jurnallarından birinin Böyük Peyğəmbərin (s) müqəddəs və parlaq simasına qarşı təhqirə yol verərək bulaşdığı böyük və bağışlanılmaz günah Qərb dünyasının siyasi və mədəni qurumlarının İslam və müsəlman cəmiyyətinə qarşı mənfur kin və inadını bir daha üzə çıxardı. Bu böyük cinayəti qınamamaq üçün Fransanın bəzi siyasətçilərinin qalxan etdikləri söz azadlığı bəhanəsi tamamilə qeyri-məqbul, yanlış və demoqoqiyadır. Bu qəbildən olan düşməncəsinə addımlar sionistlər və imperialist dövlətlərin İslama qarşı olan dərin siyasətlərindən qaynaqlanır və zaman-zaman təkrarlanır. Hazıki şəraitdə belə bir addımın atılması Qərbi-Asiya xalqları və dövlətlərinin diqqətini ABŞ və sionist rejimin regionla bağlı düşündükləri mənfur planlardan yayındırmaq məqsədi güdür.
Xüsusilə Qərbi-Asiya ölkələrinin müsəlman xalqları bu həssas regionun problemləri ilə bağlı ayıqlıqlarını qorumaqla yanaşı, Qərb siyasətçiləri və söz sahiblərinin İslama və müsəlmanlara qarşı düşmənçiliklərini əsla unutmamalıdırlar.
Allah Öz işini gerçəkləşdirməyə qadirdir."