Ayətullah Xamenei Əfqanıstanda məsciddə törədilən dəhşətli terrora reaksiya verdi

Ayətullah Xamenei Əfqanıstanda məsciddə törədilən dəhşətli terrora reaksiya verdi

Əfqanıstanın Qunduz əyalətindəki məsciddə qanlı partlayış hadisəsindən və məsciddə ibadət edənlərin şəhid edilməsindən sonra Ayətullah Xamenei bu böyük cinayətin amillərinin cəzalandırılmaları və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasını istəyib.

Əfqanıstanın Qunduz əyalətində məsciddə baş vermiş dəhşətli partlayış hadisəsi və nəticədə çoxlu sayda namaz qılanın həlak olması münasibətilə müraciət ünvanlayan Ayətullah Xamenei bu böyük cinayəti törədənlərin cəzalandırılması və belə bir faciənin təkrarlanmasının qarşısının alınmasının zəruri olduğunu deyib.

Rasthaber Azərbaycan İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətnini təqdim edir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Qunduz əyalətinin Xanabad bölgə məscidində çoxlu sayda namaz qılan möminin ölümü ilə nəticələnən acı və dəhşətli partlayış bizi kədərləndirdi.

Qonşu və qardaş olan Əfqanıstan dövlətinin rəhbərliyindən bu böyük cinayətin qana susamış səbəbkarlarını cəzalandıracaqlarına və bu cür faciələrin təkrarlanmaması üçün lazımi tədbirlər görəcəklərinə ümid edirik. Allah-taaladan bu hadisədə şəhid olmuş insanlara rəhmət və ali dərəcələr, xəsarət almış insanlara şəfa və onların yaxınlarına səbr və təmkin diləyirəm."

Xəbəri paylaş

VİDEOLAR