İslam İnqilabının Böyük Rəhbəri Fələstin liderlərinin məktublarını cavablandırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ayətullahül Xamenei fələstinli müqvimət qruplarının liderlərindən aldığı məktublara cavab verib.
“Fələstini qəsb edənlərə qarşı mübarizə zülm, küfr və hegemoniya qarşısında müqavimət deməkdir və könüllərimiz mübarizə səhnəsində hər zaman sizinlədir və qələbələrinizin ardıcıl olması üçün dua edəcəyik.”, -deyə cavabda deyilir.
İnqilab Rəhbəri öz cavabında həmçinin müqəddəs torpaqların qəsbkarlardan təmizlənəcəyinə əmin olduqlarını qeyd edib.
Xatırladaq ki, Fələstin İslami Cihad Təşkilatı və Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın lidrləri ayrı-ayrılıqda işğalçı İsrail rejiminin Qəzzaya təcavüzü zamanı Fələstin xalqına hərtərəfli dəstək verdiyinə görə Ayətullah Xameneiyə təşəkkür məktubu ünvanlamışdılar.