İslam İnqilabının Ali Məqamlı Rəhbəri bədxahların İran millətini müxtəlif sahələrdə geri çəkilməyə məcbur etmək üçün psixoloji müharibə və qorxu yaratmaq hiyləsinə toxunaraq, öz imkanlarını tanımağı və bədxahların gücünü şişirtməkdən çəkinməyi bu hiylə ilə mübarizənin yolu adlandırıblar.
Az.rasthaber.com xəbər verir ki Şİran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Kohgiluyə və Boyer Əhməd vilayətinin Milli Şəhidlər Konqresi Qərargahının üzvləri ilə görüşündə əziz xalqa və İslami İrana qarşı aparılan psixoloji müharibənin əsas sütunlarından birinin düşmənlərin imkanlarını şişirtmək olduğunu bildirərək, deyib: "İnqilabın qələbəsinin əvvəlindən bəri onlar müxtəlif yollarla xalqımıza aşılayırdılar ki, Amerikadan, İngiltərədən və sionistlərdən qorxmalısınız".
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri düşmənin hərbi sahədə apardığı psixoloji müharibənin qorxu yaratmaq və İran millətini geri çəkilməyə məcbur etmək məqsədi daşıdığını vurğulayaraq, buyurublar:
"Qurani-Kərimin təfsirinə əsasən, istənilən sahədə, istər hərbi sahədə, istərsə də siyasi, təbliğat və iqtisadi sahədə qeyri-taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olur".
İnqilab rəhbəri zəiflik və təcrid hissi və düşmənin tələblərinə təslim olmağı onun siyasi arenada gücünü şişirtməyin təsirlərindən hesab ediblər və əlavə ediblər: "Bu gün irili-xırdalı ölkələr ilə birlikdə hegemonçu ölkələrein tələblərinə tabe olan hökumətlər əgər öz xalqlarına və imkanlarına arxalansalar və düşmənin həqiqi gücünü mübaliğədən uzaq dərk etsələr, onların tələbləri qarşısında müqavimət göstərə bilərlər".
Ayətullah Xamenei mədəniyyət sahəsində passivlik hissi, düşmən mədəniyyətinə heyranlıq və öz mədəniyyətini təhqir etməyi düşmənin mədəniyyət sahəsində şişirdilməsinin nəticəsi kimi səciyyələndirərək, deyiblər: "Bu passivliyin nəticəsi qarşı tərəfin həyat tərzini qəbul etmək və hətta. xarici söz və ifadələrdən istifadə etməkdir".
İnqilab Rəhbəri, həmçinin şəhidləri və mücahidləri düşmənin psixoloji müharibəsinə qarşı duran ünsürlər hesab edib, əlavə ediblər: "Biz qorxu hiss etmədən, başqalarının sözlərindən təsirlənmədən psixoloji müharibənin qarşısında dayanan gənclərin qədrini bilməliyik və bu həqiqəti bədii əsərlərdə və anım mərasimlərində əks etdirib, yaşatmalıyıq".