Ayətullah Xamenei: Əcnəbilərin bölgəyə müdaxilələri ixtilaf və xəsarət mənbəyidir

Ayətullah Xamenei: Əcnəbilərin bölgəyə müdaxilələri ixtilaf və xəsarət mənbəyidir

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei silahlı qüvvələrin məzunluq mərasimində çıxış edib

Rasthaber Azərbaycan İRİB-ə istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei silahlı qüvvələrin məzunluq mərasimində ölkənin şimal-qərbindəki qonşuların problemlərinə işarə ilə belə vurğulayıb: "Şimal-qərb hadisələrinin həll yolu, əcnəbi orduların bu ölkələrdəki müdaxilələrinin qarşısının alınmasıdır."

Ayətullah Xamenei İmam Hüseyn(ə) adına zabitlik akademiyasında silahlı qüvvələrin zabitlik universitetləri tələbələrinin birgə məzunluq mərasimi ilə video formatda keçirilən çıxışında deyib: "Əcnəbilərin bölgəyə müdaxilələri ixtilaf və xəsarət mənbəyidir və bütün məsələ və hadisələr əcnəbilərin müdaxilələri olmadan və region ölkələrinin İranın və İran İslam Respublikası Silahlı Qüvvələrinin qüdrəti və aqilliyindən meyar götürülməklə həll edilməlidir.

 Bölgənin məsləhəti bundadır ki, bütün ölkələr müstəqil və öz xalqına söykənən və qonşuların orduları ilə sinerjiyə malik olmalıdırlar.

 Region orduları regionun təhlükəsizliyini təmin edə bilərlər və əcnəbi orduların öz maraqlarını təmin etmək üçün hərbi müdaxilə və iştirak malik olmalarına icazə verməməlidirlər.  Bəzi avropalılar Amerikanın hərəkətini arxadan vurulan zərbə adlandırıb və bir növ deyiblər ki, Avropa NATO-ya, əslində isə Amerikaya söykənmədən müstəqil surətdə öz təhlükəsizliyini təmin etməlidir."

" Avropa ölkələri Avropa ilə müxalif də olmayan bir ölkəyə, yəni Amerikaya söykəndiklərinə görə, sabit təhlükəszilyin həyata keçirilməsində çatışmazlıq hiss etdikləri bir halda, öz silahlı qüvvələrini Amerikanın və digər əcnəbilərin nəzarəti altına verən digər ölkələrin vəziyyəti məlumdur.

Bu illüziyaya düçar olan kəslər onun şapalağını tezliklə görəcəklər, zira əcnəbilərin hər bir ölkənin təhlükəsizliyi, müharibəsi və sülhünə birbaşa və ya dolayısı ilə müdaxilələri müsibətli bir fəlakətdi.

Amerikalılar 20 il bundan qabaq Taliban-ı devirmək üçün Əfqanıstana qoşun yeritdilər və bu uzunmüddətli işğalçılıqda çox sayda qırğın, cinayət və xəsarətlər törətdilər, amma bir belə maddi və insani xərclərdən sonra hökuməti Taliban-a verib, bu ölkədən çıxdılar ki, bu gerçəklik bütün ölkələr üçün ibrət dərsidir.", -deyə İslam İnqilabının rəhbəri deyib.

Xəbəri paylaş

VİDEOLAR