İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei ən nüfüzlu təqlid mərcələrindən biri olan Ayətullah Gülpayiqaninin vəfatı ilə bağlı başsağlığını ifadə edib.
“Mən böyük təəssüflə böyük fəqih, bəsirətli ali müctehid olan Ayətullah Safi Gülpayiqaninin vəfatı xəbərini aldım. O, Qum elmi dini hövzəsinin dayağı idi, hövzədə böyük təcrübəyə sahib görkəmli ilahiyyatçı idi“, – deyə başsağlığı mesajında qeyd edilib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Ayətullah Xamenei bəyan edib ki, Ayətullah Gülpayiqani İrandakı İslam İnqilabı dövründə İmam Xomeyninin etibar etdiyi şəxslərdən biri idi və İnqilabdan sonra da o, inqilabi məsələlərə və ölkənin işlərinə böyük qayğı ilə yanaşırdı.
“O, dəfələrlə mənə öz məsləhətlərini verib. Mən onun möhtərəm ailəsinə və böyük müctehidlərə başsağlığı verirəm“, – deyə əlavə edilib.