Bu gün ABŞ əsla və heç vaxt gözləmədiyi yerlərdən zərbələr yeyir.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bəyan edib.
O bilidrib ki, məhz buna görə də ABŞ-ın indiki və keçmiş prezidentləri - Co Bayden və Donald Tramp İranın imicini qaralamağa çalışırlar.
"Yaxşılıq və həqiqətin şər və yalana qarşı meydana çıxdığı hər bir yerdə düşmən, özünün aşkar üstünlüyünə baxmayaraq, öz hesablamalarında yanılır", - deyə Ayətullah Xamenei qeyd edib.
İslam İnqiliabının Ali lideri əlavə edib ki, "bu iki idealın - yaxşılıq və həqiqət yolu ilə hərəkət edən hər bir kəs faktiki olaraq bu mübarizədə (yaxşının şər ilə mübarizəsində) iştirak edir".