Ayətullah Xamenei: ABŞ həqiqətləri qəbul etmək istəmir

Ayətullah Xamenei: ABŞ həqiqətləri qəbul etmək istəmir

Bunu İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei mübarək Ramazan ayının birinci günündə təşkil olunan Quran-Kərim ilə üns məclisində deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  İslam İnqilabının Rəhbəri  Ayətullah Xamenei  mübarək Ramazan ayının birinci günündə təşkil olunan Quran-Kərim ilə üns məclisində çıxışı zamanı buyurub: "Quranın hidayəti insan həyatının bir nöqtəsi ilə məhdudlaşmır və onun bütün sahələrini əhatə edir".

Ayətullah Xamenei Quranda həyatın bütün sahələri üçün dərsin və hidayətin olduğunu və Quranın insan həyatının hər tərəfinə nəzarət etdiyini və onların hər biri üçün yol göstərmələri olduğunu bəyan edərək "Quranın həyat, siyasət, iqtisadiyyat və hökumətlə heç bir əlaqəsi olmadığını düşünənlər nə qədər qafildirlər", - deyə bildirib.

Ayətullah Xamenei qeyd edib ki, Quran heç bir şəkildə özünü siyasi və ictimai çağırışlardan kənarda saxlamır və zalımlar, hegemonlar və tağutla qarşılaşmaqdan çəkinmir və onların qarşısında dayanır.

İslam İnqilabının Rəhbəri çıxışının digər bir hissəsində nüvə anlaşması ətrafındakı məsələlərə də toxunub.

"ABŞ haqq sözü qəbul etmək üçün deyil, öz batil sözünü qəbul etdirmək üçün danışıqlar aparır", -deyə Ayətullah Xamenei qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR