Ayətullah Xamenei: ABŞ bazasının vurulması Allahın günlərindəndir

Ayətullah Xamenei: ABŞ bazasının vurulması Allahın günlərindəndir

Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib

Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib.

Xütbəsində mühüm və önəmli mövzulara toxunub.

Sətir başlıqları və cümlələrin tərcüməsini olduğu kimi təqdim edirik:

"Son iki həftə xüsusi və sərgüzəştli keçdi; İki həftə ərzində İran xalqının dərs çıxarmağa vadar edən acı və şirin hadisələr oldu.

İrandakı 10 milyon insan və İraqdakı yüz minlərlə insanın Qüds briqadasının komandanı Qasim Süleymani ilə vida etməsi Allahın günlərindəndir.

- İnqilab Keşikçiləri Ordusunun Amerika bazalarına ağır zərbə endirməsi Allahın günlərindəndir.

 - Bu günlər tarixin dönüş nöqtəsidir. Tarix yazılacaq günlərdir. Bunlar  adi  günlər deyil.

 - Bu günlər bitəcək, amma bu günlərin təsiri millətlərdə qalacaq.

 - Sionist media komandirimizi (Şəhid General-leytenant general Süleymani) terrorda günahlandırmağa çalışdı, lakin Allah Təala bu təbliğatı onların əleyhinə çevirdi.

 - ABŞ terroru ilə böyük bir qalmaqala səbəb oldu. Terrorla mübarizədə ən böyük qəhrəmanı öldürdülər.

 - General-leytenant Qasım Süleymaniyə edilən terror hücumu qorxaq bir hərəkət idi və ABŞ-ı rüsvay etdi. ABŞ prezidenti terroru etiraf etdi. Bundan başqa böyük bir qalmaqal varmı?

 - Qüds qüvvələri hər şeyi nəzərə alaraq bölgə xalqlarına kömək edirlər. Müharibə və terroru vətənimizdən uzaq tuturlar.

 - Sevimli komandirimizi İran təhqir edənlər İran xalqıdır,  yoxsa dəfn mərasiminə qatılan milyonlar?

 - Amerikalılar İran xalqının yanında olduqlarını söyləyirlər, yalan danışırlar. Əslində İran millətini xəncərdən keçirmək istəyirlər.

 - “Nə Qəzza, nə Livan” şüarı ilə aldadanlar İran naminə öz firavanlığından və maraqlarından keçə bilməzlər.

 - Amerikaya böyük bir zərbə endirildi. Əlbəttə hərbi cəhətdən təsirli idi. Ancaq daha vacib məsələ ABŞ-ın nüfuzuna və super-güc imicinə zərbə olmasıdır.

 - ABŞ illərdir Suriya, İraq, Livan və Əfqanıstanda çevriliş edir.

 - Onlara heç bir şey ödənmir. İndi (İran əleyhinə) sanksiyaları gücləndirəcəklərini söyləyirlər, amma bu Amerikanın nüfuzunu bərpa etməz.

 - Ölkə daxilindəki insanlardan eşidilən qisas fəryadları ABŞ bazasını məhv edən raketlərin qisas fəryadı idi.

 - İran xalqı müqavimət göstərdi və təslim olmaqdan imtina et"

Davamı və ətraflı məlumat veriləcək...

Xəbəri paylaş

VİDEOLAR