İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Qurban bayramı və Qədiri Xum bayramı ilə əlaqədar hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan 2654 məhbusun əfv edilməsi, azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi təklifini qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, İran Məhkəməsinin sədri Qulamhüseyn Möhsini Ejei Ayətullah Xameneiyə yazdığı məktubda lazımi şərtlərə cavab verən 2654 məhbusun cəzasının yüngülləşdirilməsini və əfv olunmasını təklif edib.