Ayətullah Xamenei 1848 məhbusu əfv etdi

Ayətullah Xamenei 1848 məhbusu əfv etdi

İslam İnqilabının Böyük Rəhbəri bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bəşəriyyət aləminin yeganə xilaskarı Həzrət Mehdinin (əc) viladətinin ildönümü, həmçinin 12 fərvərdin İran İslan Respublikası günü münasibətilə ümumi və inqilab məhkəmələrində, silahlı qüvvələrin məhkəmə təşkilatında və dövlət cəza təşkilatında barələrində hökm çıxarılmış 849 nəfərin cəzasının bağışlanması, yumşaldılması və ya başqa cəzaya çevrilməsi təklifi ilə razılaşıb.

İranın Məhkəmə Hakimiyyətinin sədri Höccətülislam Seyid İbrahim Rəisi bu mübarək günlər münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə bir məktun ünvanlayaraq,  Məhkəmə Hakimiyyətinin mərkəzi əfv komissiyasında araşdırılmış və lazımi şəraitə malik olduqları təsdiqlənmiş sözü gedən məhkumların əfv edilməsi yaxud cəzalrının azaldılması təklifini verib ki, Həzrət Ayətullahulüzma Xamenei əsas qanunun 110-cu maddəsinin 11-ci bəndinə əsasən, bu təkliflə razılaşıb.

Qeyd edək ki, bu gün 1442-ci hicri qəməri ili martın 29-u dünya şiələrinin on ikinci imamı, Həzrət Məhdinin (əc) mübarək mövludunun ildönümü günüdür.

Xəbəri paylaş

VİDEOLAR