İranın şimalındakı Babolser şəhərində Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaninin qətlə yetirildiyi bildirilib.
Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Mazəndaran qubernatorunun müavini Ruhullah Solqi Ayətullah Süleymaninin bu səhər sui-qəsd nəticəsində həyatını itirdiyini açıqlayıb.
"Silahlı şəxs təhlükəsizlik qüvvələrinin səyi ilə həbs edilib", - Solqi bildirib.