İraqın böyük şiə təqlid mərcəsi, Ayətullahül Üzma Seyid Sistaninin ofisi bəyanat yayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Bağdadda baş vermiş 140 nəfərdən çox insanın ölümünə və yaralanmasına səbəb olan terror aktı ilə bağlı İraqın böyük şiə təqlid mərcəsi, Ayətullahül Üzma Seyid Sistaninin ofisi bəyanat yayıb.
Ayətullah Sistaninin bəyanatında deyilir: "Yenə də vəhşi terrorçular, vicdanı olanların üzüntüsünə səbəb olacaq iki eyni anda törədilən partlayış ilə Bağdadın əl-Təyəran meydanında günahsız onlarla mülki vətəndaşın şəhid və yaralanmalarına səbəb oldular.“
Ayətullah Sistanin mərkəzi ofisi bu terrorda dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara Allahdan şəfa istəyərək deyilir: “Müvafiq güc strukturlarını təhlükəsizlik tədbirlərini və düşmənlərin planlarını pozmaq üçün üçün səylərini artırmağa çağırırıq.”