Ayətullah Sistaninin dəftərxanası başsağlığı mesajı yaydı

Ayətullah Sistaninin dəftərxanası başsağlığı mesajı yaydı

Ayətullah Əl Üzma Seyid Sistaninin dəftərxanası helikopter qəzasında iranlı dövlət rəsmilərinin həyatını itirmələrilə bağlı bəyanat yayıb

Rasthaber Azərbaycan com xəbər verir ki, böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin dəftərxanası helikopter qəzasında iranlı dövlət rəsmilərinin həyatını itirmələrilə bağlı bəyanat yayıb.

Bəyənatda deyilir ki, hörməttli İran İslam Respublikasının prezidenti  Höccətül-İslam vəl-Müslimin Seyid İbrahim Rəisi və yoldaşlarının həyatlarını itirmələrilə bağlı xəbəri kədər və təəssüf hissi ilə qarşıladıq.

“Bu ağrılı faciə ilə əlaqədar möhtərəm İran xalqı və rəsmilərinə,  xüsusən də mərhumların hüznlü ailələrinə başsağlığı verir, Mütəal Allahdan dünyasını dəyişənlərə rəhmət, ailələrinə gözəl səbr və əcr diləyirik.”

Xəbəri paylaş

VİDEOLAR