İraqın ən böyük nüfuzlu din mərcəsi, Ayətullah Sistaninin ofisi bəyanat yayıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın ən böyük nüfuzlu din mərcəsi, Ayətullah Sistaninin ofisi yaxınlaşan seçkilərlə bağlı bəyanat yayıb.
Bəyanatda Ayətullah Sistaninin yaxınlaşan seçkilərdə hər hansı bir namizəd və ya siyahını dəstəkləmədiyi, bu seçkilərə təsir edəcək addım atmayacağı bildirilir.
Ayətullah Sistaninin ofisindən yayılan nəyanatda baş tutacaq ölkə seçkilərində hər kəsə məsuliyyətli və ağıla söykənərək iştirak etmək tövsiyə olunur.
“Seçicilər keçmiş təcrübələrdən dərs almalı və hökümət idarəetməsində həqiqi fərq yaratmaq, həmçinin layiq olmayanlardan xilas olmaq üçün bu önəmli fürsəti dəyərləndirməlidirlər.”, - bəyanatda qeyd olunub.
Ayətullah Sistaninin ofisi seçiciləri öz inanc və fikirlərinə əsasən səs verməyə çağırıb.
Açıqlamada seçki məsullarına seçkiləri xarici müdaxilədən uzaq tutmaq tövsiyəsi də verilib.