Ayətullah Seyid Sistani Kabuldakı terror aktı ilə bağlı bəyanat yayaraq, dünya ölkələrini Əfqanıstan üçün alçaq planların reallaşdırılmasına mane olmağa çağırıb
Rasthaber Azərbaycanın xəbərinə görə, Ayətullah Seyid Sistaninin dəftərxanasının bəyanatında qeyd olunur ki, Mübarək Ramazan ayında qız şagirdlərin oxuduğu “Seyidüş Şühadə” məktəbində onlarla insanın şəhid edilməsi və yaralanmasına səbəb terror aktının hər azad insanın qəlbində narahatlıq və hüzn yaratmışdır.
"Uzun illərdir mülki Əfqanıstan əhalisi təkfirçi və ekstremist qruplaşmalar tərəfindən dəhşətli hücumlara məruz qalmasına baxmayaraq, bu hücum nadir və daha ağır olmuşdur. Dünyasını dəyişənlərin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirəm", -deyə bəyanatda deyilir.
Dəftərxananın açıqlamasında Əfqanıstan dövlətini və bütün etnik, dini azlıqları milli birliyə dəvət edilərək mülki vətəndaşların terrorçu qruplaşmaların hücumundan qorunması istiqamətində lazım olan bütün addımların atılması, həmçinin təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi diqqətə çatdırılıb.
Ayətullah Sistaninin dəftərxanası sonda müsəlman ölkələr və dünya ictimaiyyətini köməksiz Əfqan millətini çətin vəziyyətdə qalmaması, həmçinin zalım planların işə salınmasına imkan verilməməsi, gələcəkdə günahsız insanların terrorçu qruplaşmaların hədəfinə tuş gəlməməsi üçün hərəkətə keçməyə çağırıb.