Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristani İslam Təbliğatı Qurumunun Mədəniyyət və Təbliğ müdiri ilə görüşündə İraqın mərcei-təqlidi Ayətullah Sistani ilə İran İslam İnqilabı rəhbəri Ayətullah Xamenei arasındakı münasibətlə əlaqədar mühüm nüanslara toxunub.
Az.rasthaber.com xəbər verir ki, bu görüşün bir hissəsində Ayətullah Şəhristani belə deyib:
"Bəziləri mərcei-təqlidlər arasında ixtilaf yaratmağa çalışır; lakin mərcei-təqlidlərin bəsirətləri onların məqsədlərinin həyata keçməsinə mane olur".
Ayətullah Şəhristani sözlərini belə davam edib:
"İslam İnqilabı rəhbəri ilə Ayətullah Sistani arasında çox yaxşı və möhkəm bir əlaqə var. Bəziləri bu əlaqəni pozmaq istəyir, lakin Allahın lütfü ilə bu əlaqə gündən-günə güclənir.
İslami nizamı qorumaq çox vacibdir; Allah qorusun, bir gün İslam nizamı zədələnsə, hamı əziyyət çəkəcək. Birlikdə əl-ələ verib onu qorumalıyıq".