Ayətullah Sistani Əfqanıstanda şiə məscidindəki dəhşətli terroru qınadı

Ayətullah Sistani Əfqanıstanda şiə məscidindəki dəhşətli terroru qınadı

Ayətullah Seyid Sistaninin ofisi Qunduz məscidindəki partlayışla bağlı bəyanat yayıb

Rasthaber Azərbaycan "Az.shafaqna.com"a istinadən xəbər verir ki, böyük mərcəi təqlid müctehidi olan Ayətullah Seyid Sistaninin ofisi Qunduz məscidindəki partlayış və çox sayda şiələrin şəhid edilməsi və yaralanması faciəsindən sonra önəmli bəyanat yayıb.

Bəyanatda deyilir:

Bismillahir Rəhmanir Rəhim

İnna Lillah və İnna İleyhi raciun (Allahdan gəldik, Ona tərəf dönəcəyik.)

Əfqanıstanın dəyərli və məzlum xalqı!

Salam aleykum və rəhmətullahi və bərəkatuh

Kədər dolu bir qəlblə, Qunduz məscidində dünən həyata keçirilən cinayət lənətləyərək, bu məsciddə namaz qılan onlarla məsum şəxsin şəhadət və yaralanmasına görə, siz dəyərli dostlarıma başsağlığı verir, Allah Təaladan yaslı ailələrə səbr və mükafat, yaralılara isə şəfa diləyirik.

İnanılmaz bir şəkildə böyük bir kədərlə, müsəlman ölkələrin və beynəxalq ictimaiyyətin sığınacaqsız Əfqanıstan millətini tək buraxdığı və praktiki olaraq bu ölkənin məsum inanclılarının daha çoxunun radikal və amansız qruplaşmaların öldürücü hücumlarının hədəfi olmasına izin verildiyi görülməkdədir.

Bu ağır şərtlərdə sizləri milli birlik və bərabərliyi hər zamankından daha çox göstərməyə, mülki vətəndaşların terror qruplaşmalarının zülm və cinayətlərindən qorunma yolunu tapmağa və bu cür hadisələrin təkrarlanmaması üçün məscid və iclaslarda lazımi tədbirləri görməyə dəvət edirik.

Mütəal Allahdan böyük Əfqanıstan xalqının şərəf və qürurunu əbədi etməsini istəyirik.

2 Rəbiül-əvvəl 1443

Ayətullah Sistaninin ofisi – Nəcəf.”

Xəbəri paylaş

VİDEOLAR