Ayətullah Sistaninin dəftərxanası “Janin Xennis-Plasşert”in İraq şiələrinin yüksək nüfuzu ilə görüş tələbinə razı olmadığını açıqlayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bəzi İraq mənbələri BMT-nin İraq üzrə nümayəndəsinin Nəcəf Əşrəfə son səfəri zamanı Ayətullah Sistani ilə görüş istəyib və onu Ali Təqlid Mərcəsi qəbul etməyib.
Mənbələr bildiriblər ki, Ayətullah Sistaninin dəftərxanası “Janin Xennis-Plasşert”in İraq şiələrinin yüksək nüfuzu ilə görüş tələbinə razı olmadığını açıqlayıb.
Qeyd edək ki, Plasşert bu yaxınlarda Nəcəf Əşrəfdə Sədr hərəkatının lideri Müqtəda əs-Sədrlə görüşüb və Plasxartın İraq seçkilərinin nəticələrinə müdaxiləçi mövqeyi son həftələrdə bir çox İraqlı qrupların etirazına səbəb olub.