Ayətullah Sistaninin ofisi onun adının Nəcəfdə “Darul Aləm” məktəbinin məscidinə verilməsini istəməyib və bu adın oradan götürülməsini xahiş edib.
Az.rasthaber.com"Shafaqna"ya istinadən xəbər verir ki, Ayətullah Sistaninin dəftərxanasının bəyanatında deyilir:
“Bu məscidin açılış mərasimində məktəbin (Darul-Aləm) məscidinə Ayətullah Sistaninin adının verilməsi bizi təəccübləndirdi və bu adın verilməsi, şübhəsiz ki, yüksək dini nüfuz və minnətdarlıq mövqeyini şərəfləndirmək məqsədi daşıyır, bu məktəbin tərifə layiq olan yaşayış hissəsinin tikintisini başa çatdırdığı üçün ona xeyir-dua verilmişdir.”
Daha sonra vurğulanır: “Amma o (Ayətullah Sistani) adının ictimai yerlərdə hallandırılmasını istəmədikləri üçün adın dəyişdirəcəyinizə ümid edilir”.
Ayətullah Xoiyə bağlı “Darul-Aləm” məktəbinin açıqlamasında bildirilir ki, sinif otaqlarına Ayətullah Xoiinin müəllimləri və digər tələbələrinin adı verilib, lakin Ayətullah Sistaninin zahidlik və təvazökarlıq üzündən istəməməsi səbəbindən, onun adı məsciddən çıxarılıb.