Ayətullah Şeyx İsa Qasim İŞİD-in Pakistandakı terroruna reaksiya verdi

Ayətullah Şeyx İsa Qasim İŞİD-in Pakistandakı terroruna reaksiya verdi

Bəhreynin nüfuzlu şiə alimi ayətullah Şeyx İsa Qasim İŞİD tərəfindən Pakistanda 11 mədən işçisinin öldürülməsini pisləyib.

Rasthaber Azərbaycan xəbər verir ki, din xadimi bütün müsəlmanların terror qruplaşmasına qarşı birləşməsinin zəruriliyini vurğulayıb.

Ayətullah Şeyx İsa Qasim İŞİD-i şərin təcəssümü və İslam təlimlərinin təhrifi adlandırıb. O əlavə edib ki, təkfirçi qruplar günahsız insanların qanını axıdır və müsəlmanlar arasında nifaq toxumu səpir.

Ruhani həm şiələrin, həm də sünnilərin bu “dağıdıcı xəstəliyə” qarşı birləşmələrinin vacibliyini söyləyib.

Xatırladaq ki, ötən həftə İŞİD terrorçuları 11 mədən işçisini oğurlayaraq Bəlucistanda qətlə yetirib. Edamdan öncə fəhlələrin gözlərini və əllərini bağlayıblar.

Xəbəri paylaş

VİDEOLAR