Ayətullah Sadiq Sədr İsrailin sifarişi ilə öldürülüb

Ayətullah Sadiq Sədr İsrailin sifarişi ilə öldürülüb

İraqın "Əshabi Əhli Haqq" hərəkatının baş katibi Şeyx Xəzəli deyib

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, İraqın "Əshabi Əhli Haqq" hərəkatının baş katibi Şeyx Xəzəli Seyid Sadiq Sədrin öldürülməsinin ildönümü münasibətilə təşkil olunan mərasimdə çıxış edib.  

O, çıxışı zamanı vurğulayıb ki, cümə namazından sonra Seyid Sadiq Sədr aşkar şəkildə İsrailin düşməni olduğunu söyləyib.  

"Bundan sonra dəfələrlə İsrail rejimini tənqid edən Seyid Sadiq Sədr İsrail rejiminin sifarişi ilə şəhid edildi. Lakin bu gün müqavimət cəbhəsi Seyid Sadiq Sədrin yolunu davam etdirir", - deyə Şeyx Xəzəli diqqətə çatdırıb.  

Şeyx Xəzəli qeyd edib ki, müqavimət cəbhəsinin bu gün əsas hədəfi ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün çalışmaqdır. 

Xəbəri paylaş

VİDEOLAR