O qeyd edib ki, Şeyx Əbdülcəlil əl-Miqdad tənqidi fikirlərinə görə həbsdədir
Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, Bəhreynin nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasim ölkəsindəki həbsxanada saxlanılan Şeyx Əbdülcəlil əl-Miqdad barəsində açıqlama verib.
Ayətullah İsa Qasim vurğulayıb ki, sözügedən şəxs hazırda ağır xəstə olmasına baxmayaraq, Bahreyn hökuməti onun qeydinə qalmır.
"Siyasi məhbuslara qarşı qəddarcasına davranırlar. Beynəlxalq öhdəliklərə əməl etməyən hökumət ilə qarşı-qarşıya qalmışıq", - deyə Şeyx İsa Qasim diqqətə çatdırıb.
O qeyd edib ki, Şeyx Əbdülcəlil əl-Miqdad tənqidi fikirlərinə görə həbsdədir.