Ayətullah Şeyx İsa Qasim ABŞ-ın İraqda “Haşdi Şabi” mövqelərinə hücum etməsinə etiraz edib
Rasthaber Azərbaycan xəbər verir ki, Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah Şeyx İsa Qasim ABŞ-ın İraqda “Haşdi Şabi” mövqelərinə hücum etməsinə etiraz olaraq bəyanat verib.
Bəyanatda deyilir: “İraq, İslamın və imanın ən düzgün, ən sağlam və məğlubedilməz qalasıdır. İraq xalqı mərdlik, igidlik və müqavimət əhlidir.
Amerikanın dinin və ümmətin qeyrətini müdafiə edən mömin və aktiv İraq xalqına qarşı bu hücum artıqlaması ilə gözlənilirdi. Bu səbəblə, İraqın milli iki qüvvəti olan və İraq hərbi qüvvələri bayrağı altında fəaliyyət göstərən “Haşdi Şabi” və İraq Hizbullahının mövqelərinə edilən bu hücum təəccüb doğurmur.
Bu hücumun hədəfi İraqın mömin qüvvətləri və ümmətini diz çökdürmək idi, amma mömin Allah yolunda ölümlə qarşı-qarşıya qalanda zəif düşməz və dini için cihad etməkdən qorxmayaraq heç bir təhdid onun irədəsini azaltmaz.
Amerikanın hücumu, təhlükəsizliyə, suverenliyə, müstəqilliyə, mədəniyyətə, İraqın kökünə və bütün ümmətə edilən bir hücum idi. Bu hücum qarşısında düzgün bir şəkildə durmaq hamımızın vəzifəsidir.
ABŞ hücumu ilə İraqın suverenliyini rəsmi olaraq tanımasını, yaşama haqqını və bu torpaqlardakı təhlükəsizlik duyğusunu yox etmiş, bütün dini və insani dəyərlərə zərər vermişdir. Bunlar olmadan həyatın davam etməsi mümkün deyildir. Bu hücum insanlığa qarşı açıq və şiddətli bir hücumdur. Varlıqlarını müdafiə üçün ayağa qalxmaq insanlığa vacibdir. Bəzi rejimlər İsrail ilə birlikdə Amerikanın İraqa qarşı bu hücumunu dəstəkləyərək, İraqı müdafiə edənləri qınayırlar.”
Ayətullah İsa Qasim sonda şəhid olanlara Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralananlara isə Allahdan şəfa istəyib.