Qumdakı böyük təqlid mərcələrindən olan Ayətullah Sübhaninin ofisi bəyanatı yayıb
Qumdakı böyük təqlid mərcələrindən olan Ayətullah Sübhani bir bəyanat yayaraq, Əfqanıstanın Qunduz vilayətində şiələrin məscidinə edilən terror hücumunu qınayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bəyanatda deyilir: : "İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir. Qəribə məqam budur ki, insan hüquqlarının müdafiəsi iddiasında olan müxtəlif təşkilatlar, həmçinin müsəlmanların həyatını qorumaq iddiasında olan islam dövlətləri bu və buna bənzər hadisələrdə ən kiçik bir reaksiya belə göstərmirlər. Əfqanıstan vətəndaşlarını qoruduğunu iddia edən Taliban hökuməti bu mövzuda daha çox məsuliyyətli olmalı, bu cinayəti törədənləri cəzalandırmalı və bu cür faciələrin təkrarlanmasının qarşısını almalıdır."