Rusiya XİN başçısının müavini Sergey Verşinin bu haqda danışıb
Rasthaber “İnterfaks”-a istinadən xəbər verir ki, Rusiya XİN başçısının müavini Sergey Verşinin Türkiyənin Ayasofya ilə bağlı qərarına münasibət bildirib.
Ayasofyanın məscidə çevrilməsi qərarının Türkiyənin daxili işi olduğunu deyən Verşinin qeyd edib ki, bu məsələyə “nə biz, nə də digərləri müdaxilə etməməlidir”.
O əlavə edib ki, Ayasofya “dünya mədəniyyəti və sivilizasiyası nöqteyi nəzərindən” mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscid edilməsinə dair göstəriş verib.