İraq təhlükəsizlik qüvvələri İŞİD-in Əbu-İslam ləqəbli təhlükəli liderini ələ keçiriblər.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə İraqın Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Rəsul rəsmi tvitter hesabında paylaşım edib.
Bildirilib ki, İŞİD-in illərdir axtarışda olan təhlükəli liderlərindən biri Əbu-İslam ləqəbli terrorçu təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
O bu müddət ərzində saxta şəxsiyyət vəsiqəsilə əyalətləri gəzərək, terrorçuluq fəaliyyətlərini idarə edirmiş.