Qərarda deyilir ki, müsəlman şagirdlərlərə hicabın qadağan edilməsi ölkənin bütün dinlərə qarşı bərabərlik və neytrallıq qanunu ilə ziddiyət təşkil edir.
Rasthaber Azərbaycan “Deutsche Welle”-yə istinadən xəbər verir ki, Avstriya Konstitusiya məhkəməsi məktəblərdə məktəblərdəki hicab qadağasını ləğv edib.
Qərara əsasən, müsəlman şagirdlərlərə hicabın qadağan edilməsi ölkənin bütün dinlərə qarşı bərabərlik və neytrallıq qanunu ilə ziddiyət təşkil edir.
Məhkəmə rəsmisi hicab qadağasını cəmiyyət üçün ciddi təhlükə adlandırıb, çünki bu, müsəlman uşaqların təhsil almasına mane olur və onların sosial təcrid riskini artırır.
Bununla da, yarım il öncə qəbul edilmiş ayrı-seçkiliyə səbəb olan qadağanın ləğvinə nail olmağa çalışan müsəlman şagirdlərin valideynlərinin tərəfini tutub. Maraqlıdıır ki, həmin qadağa ancaq müsəlmanlara şamil edilirdi, yəhudi kipası və sikx çalmasına aid deyildi.