Nəticədə 3 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Rasthaber xəbər verir ki, ötən gün axşam saatlarında bir qrup naməlum şəxs Avstriya paytaxtı Vyana şəhərində azı 6 fərqli yerdə silsilə hücumlar törədib.
Nəticədə 3 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Hücum edənlərdən biri məhv edilib, digərləri isə qaçaraq gizləniblər.
KİV-lərin məlumatına görə, atəş açanların sayı təxminən 7 nəfər olub.
Ölkə rəhbərliyi hücumu terror aktı hesab edir və vətəndaşlarından mümkün olduğu qədər evlərini tərk etməməyi xahiş edir.
Milli Şura və parlamentin iclasları ləğv edilib, məktəblərdəki məşğələlər dayandırılıb.