Avstraliyadan HƏMAS-la bağlı daha bir utancverici qərar

Avstraliyadan HƏMAS-la bağlı daha bir utancverici qərar

Avstraliya Fələstinin İslami Müqavimət Hərəkatını (HƏMAS) "terror təşkilatları" siyahısına daxil etmək fikrindədir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Karen Endryu bildirib.

Onun sözlərinə görə, Avstraliya hökuməti "terror təşkilatları" siyahısını yeniləmək istəyir.

Endryu deyib ki, "HƏMAS-ın baxışları təşvişə səbəb olur".

Xatırladaq ki, daha öncə Avstraliya HƏMAS-ın döyüş qolu "İzzəddin əl-Qəssam"-ı "terror təşkilatları" siyahısına əlavə etmişdi.

Qeyd edək ki, HƏMAS Fələstin xalqının haqlı mübarizəsində siyasi və silahlı müqavimət göstərir.

Xəbəri paylaş

VİDEOLAR