Avstraliya ordusunun hərbi cinayətləri üzə çıxdı: 9 əsgər intihar etdi

Avstraliya ordusunun hərbi cinayətləri üzə çıxdı: 9 əsgər intihar etdi

Son 3 həftədə Avstraliya ordusunun 9 hərbi qulluqçusu intihar edib.

Az.rasthaber.com “Daily Mail”-ə istinadən xəbər verir ki, bu, avstraliyalı əsgərlərin Əfqanıstanda törətdiyi hərbi cinayətlərlə bağlı hesabatın dərc edilməsinin fonunda baş verib.

Məruzə ötən həftə Avstraliya Silahlı Qüvvələrinin komandanı Anqus Kempbell təfərindən dərc edilib.

Sənəвdə Avstraliya xüsusi təyinatlılarının 2005-2016-cı illərdə Əfqanıstanda törətdiyi 39 qətlin sübutları təqdim edilib. Yerli əsgərlər və dinc sakinlər onların qurbanlarına çeviriliblər. Məruzədəki məlumat 400-dən çox şahidin ifadələrinə əsaslanıb.

Qeyd edilir ki, Avstraliya tarixində ilk dəfədir ki, kiçik zaman kəsiyi ərzində bu qədər sayda intihar baş verib.

Özünə qəsd edən hərbçilərin 8-i kişi, 1-i qadındır.

Onların Əfqanıstandakı hərbi cinayətlərdə əllərinin olub-olmadığı hələ məlum deyil, lakin araşdırmaçılar intiharların araşdırma fonunda baş verdiyini istisna etmirlər.

Xəbəri paylaş

VİDEOLAR