Avropalı deputat mümkünsüzü mümkün etmək istəyir: Trampa Nobel sülh mükafatı?

Avropalı deputat mümkünsüzü mümkün etmək istəyir: Trampa Nobel sülh mükafatı?

Estoniyanın Avropa Parlamentindəki deputatı Yaak Madison ABŞ-ın sabiq prezidenti Donald Trampın namizədliyini Nobel sülh mükafatına iddiaçı kimi irəli sürüb.

Rastahber Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, Estoniyanın Konservativ xalq partiyasını təmsil edən siyasətçi bu addımını bir çox suallar doğuracaq səbəblə əsaslandırıb.

Madison bildirib ki, son 30 ildə Tramp ilk ABŞ prezidentidir ki, hakimiyyəti dövründə rəhbərlik etdiyi dövlət heç bir müharibəyə başlamayıb.

“Həmçinin onun rəhbərliyi altında Yaxın Şərqdə bir sıra sülh sazişləri imzalanıb ki, regionda sabitlik və sülhü təmin ediblər”, – Madison “Facebook” səhifəsində yazıb.

Xəbəri paylaş

VİDEOLAR