Avropa Şurası Gürcüstan iqtidarı və müxalifətini barışdıra bilmir

Avropa Şurası Gürcüstan iqtidarı və müxalifətini barışdıra bilmir

Avropa Şurası prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson açıqlama verdi

Rasthaber Gürcü mediasına istinadən xəbər verir ki, Avropa Şurası prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson bildirib ki, Gürcüstan iqtidarı və müxalifəti arasında razılıq əldə edilə bilməyib.

Onun sözlərinə görə, o, ölkə maraqlarını birinci yerə qoyan təklif irəli sürüb, lakin heç bir siyasi partiya bunu qəbul etməyib.

“Mən prezident Mişelin şəxsi nümayəndəsi qismində Gürcüstandakı 2-ci mediasiya missiyamı başa çatdırdım”, – deyə o bildirib.

Danielson əlavə edib ki, mövcud böhranı həll etmək mümkündür.

Xəbəri paylaş

VİDEOLAR