Avropa Parlamenti: Səudiyyə və BƏƏ-yə silah satışını dayandırın, çünki...

Avropa Parlamenti: Səudiyyə və BƏƏ-yə silah satışını dayandırın, çünki...

Avropa Parlamenti Yәmәndә davam edәn vәtәndaş müharibәsindә insan hüquqlarının pozulması sәbәbindәn Sәudiyyә Әrәbistanı vә Birlәşmiş Әrәb Әmirliklәrinә silah satışının qadağan edilmәsi ilә әlaqәdar Avropa İttifaqına üzv dövlәtlәrә çağırış edib.

Rasthaber Azərbaycan  trthaber-ə istinadən xəbər verir ki, Avropa Parlamenti tәrәfindәn qәbul edilәn qәrar layihәsindә  Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinә hәr növ silah satışının qadağan edilmәsi ilә әlaqәdar çağırışın daha әvvәl dә edildiyi bildirilib.

Almaniyanın Sәudiyyә Әrәbistanına, İtaliyanın da Sәudiyyә Әrәbistanı vә Birlәşmiş Әrәb Әmirliklәrinә silah ixracını qadağan etdiyi ifadә edilәn  qәrarda Avropa İttifaqına üzv bәzi dövlәtlәrin qadağalara qatılmağı planlaşdırdığı, bәzilәrinin isә silah satışına davam edәrәk Avropa İttifaqı Şurasının birgә mövqeyini pozduğu vurğulanıb.

Qәrar layihәsindә Amerika Birlәşmiş Ştatlarının Sәudiyyә Әrәbistanına silah vә Birlәşmiş Әrәb Әmirliklәrinә ‘‘F-35’’ tipli tәyyarәlәr satışını  lәğv etmәsinin mәmnuniyyәtlә qarşılandığı bildirilib vә Avropa İttifaqının da buna oxşar şәkildә hәrәkәt etmәsi tәlәb olunub.

Qeyd edәk ki, Avropa İttifaqına üzv dövlәtlәrin Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinә silah satması daha әvvәl dә gündәmә gәlmişdi.

Belçikanın Valon bölgәsinin Sәudiyyә Әrәbistanına satdığı silahların Yәmәndәki vәtәndaş müharibәsindә istifadә olunduğu bildirilmişdi.

 

 
 

 

Xəbəri paylaş

VİDEOLAR