Avropa ölkələri sərhədləri açır, uçuşlar və normal həyata start verir

Avropa ölkələri sərhədləri açır, uçuşlar və normal həyata start verir

Avropa ölkələri yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində gördükləri tədbirləri azaltmağa davam etməkdədirlər

  Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, Avropa ölkələri yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində gördükləri tədbirləri azaltmağa davam etməklə yanaşı böyük ölçüdə yeni normal həyat üçün son mərhələyə iyunun 15-dən etibarən başlayır.

Ümumilikdə 187,671 yoluxma sayı, 8,870 ölüm və 248 dünən yoluxma qeydə alınan  Almaniya “Covid-19” epidemiyası ilə əlaqədar quru sərhədləri yoxlamalarını 15 iyundan mərhələli olaraq qaldırır. Belə ki, İtaliyadan hava yoluyla gələnlərin yoxlaması 15, İspaniyadan gələnlərinsə 21 iyunda sona çatacaq. Bu arada, təxminən 3 aydır Türkiyəyə reallaşmayan tarifli təyyarə səfərləri yenidən başlayıb.

  Ümumilikdə 157,220 yoluxma sayı olan, 29,407 ölüm və 407 dünən yoluxma qeydə alınan Fransa Avropadaxili sərhədlərini 15 iyun, xarici sərhədlərini isə mərhələli olaraq 1 iyuldan açır.

  Ümumilikdə  60,029 yoluxma sayı olan, 9,655 ölüm və 111 dünən yoluxma qeydə alınan Belçika 15 iyundan etibarən İngiltərə, Avropa İttifaqı (Aİ) və “Schengen” bölgəsindəki 31 ölkə vətəndaşlarının ölkəyə girməsinə icazə verir.

Ümumilikdə 291,008 yoluxma sayı olan, 27,136 ölüm və 323 dünən yoluxma qeydə alınan İspaniya,   15 iyundan sərhədlərini açır, bir çox Avropa ölkəsindən fərqli olaraq, 1 iyuldan həm də xarici turist qəbul etməyə başlayacaq.

Ümumilikdə 36,690 yoluxma qeydə alınmış, 1,517 ölüm və 227 dünən yoluxma qeydə alınan  Portuqaliya da 15 iyundan beynəlxalq uçuşlara açılır.

Ümumilikdə 17,109 yoluxma qeydə alınmış, 677 ölüm və 31 dünən  yoluxma qeydə alınan  Avstriya iyunun 15-indən həm də tibbi maska istifadəsində yumşaldılmaya gedir.

Ümumilikdə 3,121 yoluxma qeydə alınmış, 183 ölüm və  9 dünən yoluxma qeydə alınan  Yunanıstan 15 iyundan 29 ölkəyə uçuşa başlayır.

Ümumilikdə 236,989 yoluxma qeydə alınmış, 34,345 ölüm və 338 dünən qeydə alınan   İtaliyada 15 iyundan kino salonları və teatrların yenidən açılmasına icazə verilib.

Ümumilikdə 10,024 yoluxma sayı olan, 329 ölüm və 33 dünən yoluxma qeydə alınan  Çexiyada 15 iyundan açıq havada tibbi maska istifadəsi azaldılır. 

Ümumilikdə 21,999 yoluxma sayı olan, 1,410 ölüm və 320 dünən yoluxma qeydə alınan  Rumıniyada iyunun 15-indən ticarət mərkəzləri, açıq üzgüçülük hovuzları, idman salonları və uşaq baxçaları yenidən açılır.

Ümumilikdə 4,069 yoluxma sayı olan, 562 ölüm və 5 dünən yoluxma qeydə alınan  Macarıstanda 30 martda elan edilən Fövqəladə Vəziyyətin aradan qaldırılması 16 iyunda parlamentdə səsə qoyulacaq.

 Ümumilikdə 3,290 yoluxma sayı olan, 174 ölüm və 24 dünən yoluxma qeydə alınan Bolqarıstan 15-30 iyun tarixləri arasında qalan bütün qadağaları götürür.

 Ümumilikdə 12,193 yoluxma sayı olan, 597 ölüm və 54 dünən yoluxma qeydə alınan Danimarka 15 iyundan tam iş həyatına başlamaqla yanaşı Almaniya, Norveç və İslandiyadan turistləri də qəbul edəcək.  

Xəbəri paylaş

VİDEOLAR