Borrel əlavə edib ki, İsrail bu cür planlardan əl çəkməlidir.
Rasthaber Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) İsraili işğal edilmiş İordan çayının Qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin tikintisindən imtina etməyə çağırır.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə Ali komissarı Jozep Borrel bildirib.
O xatırladıb ki, İsrailin planında Qərb sahilində və onun ətrafında təxminən 5000 evin inşası var.
Aİ hesab edir ki, bu layihələr Fələstin dövlətinin həyat qabiliyyəti və ərazi bütövlüyünü təhlükə altına atır.
“Beynəlxalq hüquqa əsasən, (yəhudi) yaşayış məntəqələri qeyri-qanunidir. Dəfələrlə bəyan edildiyi kimi, Avropa İttifaqı 1967-ci lədək mövcud olmuş sərhədlərdəki heç bir dəyişikliyi qəbul etmir”, – deyə o qeyd edib.
Borrel əlavə edib ki, İsrail bu cür planlardan əl çəkməlidir.