Avropa Şurası Diplomatiyasının başçısı Jozep Borrel bu haqda danışıb
Rasthaber Azərbaycan DHA-ya istinadən xəbər verir ki, Avropa Şurası Diplomatiyasının başçısı Jozep Borrel bildirib ki, Avropa İttifaqı (Aİ) Şərqi Aralıq dənizindəki “qeyri-qanuni buruq fəaliyyətinə” görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcək.
O, bu barədə mətbuat konfransında danışıb.
“Məlumdur ki, Aİ-də Türkiyənin rəftarı ilə bağlı artan məyusluq var, buna görə də Şura işçi qruplardan qeyri-qanuni buruq işlərinə görə Kipr tərəfindən təklif edilmiş şəxslərə qarşı sanksiyaların tətbiqi ilə bağlı işləri sürətləndirməyi istəyir”, – deyə Borrel qeyd edib.
Həmçinin Aİ ölkələri Türkiyə tərəfdən irəliləyişin olmayacağı halda 24 sentyabrda Aİ sammitində yeni sanksiyaların tətbiqinin müzakirə edilə bilməsi ilə bağlı razılaşıb.