Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfərə gəlib

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfərə gəlib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Rasthaberin xəbərinə görə, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.

O sonra Şəhidlər Xiyabanını ziyarət edib, sonra mətbuat brifinqi keçirib. Daha sonra Şamaxı Cümə məscidinə gedib.

Xəbəri paylaş

VİDEOLAR